Facebook rəqiblərinin analizi

Facebook reklamları trafikinə görə internt reklamları arasında 2-cidir.Əgər siz rəqiblərinizi analiz etmək isəyirsinizsə, onların facebook səhifəsini və hədəf kütləsini analiz etməlisiniz.Rəqibinizin fb səhifəsini analiz etmək, sizə rəqibinizin hansı kontentlə müştəriləri cəlb və ya nə vaxt etdiyini görə biləcəksiniz.

Əgər potensial müştəriləriniz rəqib və ya oxşar məhsullardan (xidmət) istifadə edirsə, niyə də bu sizinki olmasın? Bu analizlər nəticəsində rəqib səhifələrin izləyicilərini oğurlaya biləcəksiniz.

Başlayaq.

Bu yolda ilk köməyi bizə Fanpage Karma  edəcək. Əslində bu ödənişli xidmətdir, amma ödənişsiz versiyada sizə kifayət qədər məlumat verəcək, hansı ki biz bundan istifadə edəcəyik.

Açılan səhifədə rəqibinizin fb səhifəsini qeyd edirsiniz. Mən from.ae-nin rəqibi myphone.ae-ni qeyd edirəm. Yuxarı sol tərəfdə isdədiyimiz periodu seçə bilirik.1Nəticə olaraq,səhifənin ümumi məlumatları, izləyici sayı, ortalama post sayı, həftəlik artımı, postun çatması, effektliyi,  cavablama dərəcəsi məlumatlarını əldə edirik.

Səhifəni aşağı enərkən, “Posing history”də postların detallarını (bəyən,paylaş, rəy sayı və s),”ən yüksək və zəif postlarda” rəqibinizin poslara maraq cəlbetmə dərəcəsini görəcəksiz. Daha sonra tez-tez istifadə olunan sözlər və həştəqlər, həmçinin postların uzunluğunu görə bilərsiz.

2

“Times&types” səhifəsində rəqibinizin hansı gün və saatda daha çox yazı paylaşdığı, maraq topladığı, postun tipi (yazı, şəkil) haqqında məlumat alacaqsınız.

12

3

 

“İnfluencer” sayəsində səhifə və izləyicilər arasında qarşılıqlı münasibətləri, “Ad value”də rəqibinizin fb reklamlarına nə qədər xərclədiyini, “history&bencmark”da səhifənin ümumi inkişafını görəcəksiz.

Digər maraqlı xüsusiyyəti isə “Dashboard”a daxil olmaqla kəşf edə bilərsiniz. Burada istədiyiniz 2 səhifəni qarşılaşdıra, rəqibləriniz qarşısında üstün və zəif cəhətlərinizi görə blərsininiz.

Həmçinin aktiv izləyicilərin, başqa səhifələrdə aktivliyini görə bilərsiz. Bu sizə hədəf qrupunu müəyyənləşdiərkən, əhatəni daha dar tutmağa imkan verəcək.

13

 

AgoraPulse Barometer

AgoraPulse bizə pulsuz olaraq AgoraPulse Barometer adında vasitəni təqdim edir, hansı ki biz bununla reqib səhifəni analiz edə biləcəyik.16

AgorPulse bizə aşağıdakı məlumatları verəcək.

Postun izləyiciyə çatması (Fans reached). Bu məzmnun çatdığı orta izləyici sayını göstərir. Ümumiyyətlə facebook sizin yazılarınızın kiçik bir hissəsini izləyiciyə çatdırır, bu izləyicilər daim sizinlə əlaqədə olan (“like, comment, share, message”) izləyicilərdir.

Qarşılıqlı-əlaqə (Engagement). Bu sizin postunuzu görüb, bəyənib, rəy yazıb, paylaşıb və ya posta tıklayanların orta faizini göstərir.

Haqqında danışanlar (People talking about). Bu qarşılıqlı-əlaqənin oxşarıdır, amma post tıklama bu göstəriciyə aid deyil.

Mənfi rəy (Negative feedback). Bu səhifənin hər hansı və ya bütün postunu gizlətməklə, spam kimi qeyd etməklə şikayət edən  ustifadəçilərin orta göstəricisidir.

Qeyri-təbii çatma (Viral Reach). Bu sizin izləyiciniz olmayan insanlara dostlarının paylaşımı vasitəsiylə çatan postların orta göstəricisi aiddir.

Təbii çatma (Organic Reach).  Siz paylaşdığınız zaman izləyici və olmayanlara çatan postların orta göstəricisidir.

Tıklama dərəcəsi (Click-Through Rate). Sizin video, audio və şəkillərə tıklamaqla tanış olan insanların orta sayıdır.

AgoraPulse vasitəsiylə çox asanlıqla səhifənizin performansını müəyyənləşdirib, rəqiblərinizlə müqayisə edə bilərsiniz.

Simply Meausured

Simply measured sosial şəbəkələri çox geniş şəkildə incələməyə imkan verən güclü alətlər təqdim edir. Bu da həmçinin ödənişlidir, lakin 14 gün ərzində ödənişsiz versiya vasitəsilə  öz səhifəniz də daxil olmaqla 10 səhifəni müqayisə edə bilərsiniz.

l 17

Səhifələrin liderlik cədvəli(Competitive Leaderboard). A-dan Z-ə səhifələrin əsas statistikasını təqdim edir.

Görünüş (Overview). Səhifənin performans görünüşü, izləyicilərin müqayisəsi, qarşılıqlı-əlaqə və səhifə haqqında danışanlar kimi detallar daxildir.

İdarəçinin postlarda münasibəti (Engagement on Admin Posts). Postun izləyicilər tərəfindən nə qədər münasibət(bəyənmək, rəy və paylaşmalar) gördüyünün müqayisəsidir.

Toplumun aktivliyi(Community Health Details). Səhifə idarəçiləri izləyici rəylərinə nə qədər  münasibət göstərir. İdarəçinin münasibəti izləyicini daha çox rəy yazmağa ürəkləndirir.

Məzmunun detalları (Content Details). Hər səhifənin ən yüksək reytinqli postu və onun detallarının müqayisəsi.

Siz həmçinin hesabat üçün istənilən Excel və Power Point faylını yükləyə bilərsiniz.

*Yazı praktik bilgi və araşdırmanın məhsuludur.

Bu metodlar sizə rəqiblərinizi izləməyə,  onlarla  müqayisədə səhifənizi inkişaf etdirmək üçün ideyalar verə bilər. Növbəti postlarda bu analizləri praktik olaraq, facebook reklamlarında istifadə etməyə çalışacağıq. Aktivliyiniz bu blog-yazının  tezləşməsinə səbəb olacaq 🙂 Başqa təklifləri olan şərhlərdə qeyd edə bilər.

Advertisements

“Facebook”da arxiv yükləmə

Facebook haqqında hamımızın çoxdan xəbəri var, “dostluq göndərmə”, “rəy yazmaq”, “mesaj yazmaq”, həmçinin bunların əksini “dostluqdan çıxarmaq”, “mesajları silmək” kimi əməliyyatlardan gündəlik istifadə edirik. Bəzən isə çoxdan sildiyimiz mesajları, “dostluq siyahısından” silinmişləri (adlarını) geri qaytarmaq lazım gəlir.

Sadə yolu var: “Facebook.com-Tənzimləmələr- üz köçürməsini endir”

” Üz köçürməsini endir” tıkladıqdan bir neçə dəqiqə sonra arxiviniz yüklənməyə hazır olacaq.

1 (1)

BAŞlayaq

Blogu niyə açdım sualına cavab verməzdən əvvəl, necə açdım sualına cavabı “Samirkarimov.com” blogunda axtarın 🙂

Keçək 1-ci suala. Özümü  axtarışda olan, yenilikçi, bazar adamı kimi bilirəm. Hər gün beynimə yeni ideyalar, fikirlər gəlir. Bu ideyaların sonadək də olmasa bir qədər arxasıyca gedirəm və yeni nələrsə öyrənirəm. Yeri gəlmişkən, ideya deyəndə biznes fikirlərindən söhbət gedir. Həmçinin işlə əlaqəda və ya özümə nəsə lazım olduqda (hər mənada) ən asan və ucuz yol axtarışında oluram. Faydalı ola biləcək, yenicə kəşf etdiyim hər şeyi sizinlə bölüşməyə çalışacam. Blog yazıları əsasən araşdırma məhsulları, bir hissəsi təcrübədən qaynaqlanacaq.

Blogda əsasən sosial medianın üstünlüklərindən və bu üstünlüklərdən istifadə imkanları , faydalı mobil app.lar, saytlar, videokanallar barədə yazılara, araşdırmalara və s. rast gələcəksiniz.

Bismillah deyib, başlayaq.