Facebook rəqiblərinin analizi

AnalyzeCompetition

Facebook reklamları trafikinə görə internt reklamları arasında 2-cidir.Əgər siz rəqiblərinizi analiz etmək isəyirsinizsə, onların facebook səhifəsini və hədəf kütləsini analiz etməlisiniz.Rəqibinizin fb səhifəsini analiz etmək, sizə rəqibinizin hansı kontentlə müştəriləri cəlb və ya nə vaxt etdiyini görə biləcəksiniz.

Əgər potensial müştəriləriniz rəqib və ya oxşar məhsullardan (xidmət) istifadə edirsə, niyə də bu sizinki olmasın? Bu analizlər nəticəsində rəqib səhifələrin izləyicilərini oğurlaya biləcəksiniz.

Başlayaq.

Bu yolda ilk köməyi bizə Fanpage Karma  edəcək. Əslində bu ödənişli xidmətdir, amma ödənişsiz versiyada sizə kifayət qədər məlumat verəcək, hansı ki biz bundan istifadə edəcəyik.

Açılan səhifədə rəqibinizin fb səhifəsini qeyd edirsiniz. Mən from.ae-nin rəqibi myphone.ae-ni qeyd edirəm. Yuxarı sol tərəfdə isdədiyimiz periodu seçə bilirik.1Nəticə olaraq,səhifənin ümumi məlumatları, izləyici sayı, ortalama post sayı, həftəlik artımı, postun çatması, effektliyi,  cavablama dərəcəsi məlumatlarını əldə edirik.

Səhifəni aşağı enərkən, “Posing history”də postların detallarını (bəyən,paylaş, rəy sayı və s),”ən yüksək və zəif postlarda” rəqibinizin poslara maraq cəlbetmə dərəcəsini görəcəksiz. Daha sonra tez-tez istifadə olunan sözlər və həştəqlər, həmçinin postların uzunluğunu görə bilərsiz.

2

“Times&types” səhifəsində rəqibinizin hansı gün və saatda daha çox yazı paylaşdığı, maraq topladığı, postun tipi (yazı, şəkil) haqqında məlumat alacaqsınız.

12

3

 

“İnfluencer” sayəsində səhifə və izləyicilər arasında qarşılıqlı münasibətləri, “Ad value”də rəqibinizin fb reklamlarına nə qədər xərclədiyini, “history&bencmark”da səhifənin ümumi inkişafını görəcəksiz.

Digər maraqlı xüsusiyyəti isə “Dashboard”a daxil olmaqla kəşf edə bilərsiniz. Burada istədiyiniz 2 səhifəni qarşılaşdıra, rəqibləriniz qarşısında üstün və zəif cəhətlərinizi görə blərsininiz.

Həmçinin aktiv izləyicilərin, başqa səhifələrdə aktivliyini görə bilərsiz. Bu sizə hədəf qrupunu müəyyənləşdiərkən, əhatəni daha dar tutmağa imkan verəcək.

13

 

AgoraPulse Barometer

AgoraPulse bizə pulsuz olaraq AgoraPulse Barometer adında vasitəni təqdim edir, hansı ki biz bununla reqib səhifəni analiz edə biləcəyik.16

AgorPulse bizə aşağıdakı məlumatları verəcək.

Postun izləyiciyə çatması (Fans reached). Bu məzmnun çatdığı orta izləyici sayını göstərir. Ümumiyyətlə facebook sizin yazılarınızın kiçik bir hissəsini izləyiciyə çatdırır, bu izləyicilər daim sizinlə əlaqədə olan (“like, comment, share, message”) izləyicilərdir.

Qarşılıqlı-əlaqə (Engagement). Bu sizin postunuzu görüb, bəyənib, rəy yazıb, paylaşıb və ya posta tıklayanların orta faizini göstərir.

Haqqında danışanlar (People talking about). Bu qarşılıqlı-əlaqənin oxşarıdır, amma post tıklama bu göstəriciyə aid deyil.

Mənfi rəy (Negative feedback). Bu səhifənin hər hansı və ya bütün postunu gizlətməklə, spam kimi qeyd etməklə şikayət edən  ustifadəçilərin orta göstəricisidir.

Qeyri-təbii çatma (Viral Reach). Bu sizin izləyiciniz olmayan insanlara dostlarının paylaşımı vasitəsiylə çatan postların orta göstəricisi aiddir.

Təbii çatma (Organic Reach).  Siz paylaşdığınız zaman izləyici və olmayanlara çatan postların orta göstəricisidir.

Tıklama dərəcəsi (Click-Through Rate). Sizin video, audio və şəkillərə tıklamaqla tanış olan insanların orta sayıdır.

AgoraPulse vasitəsiylə çox asanlıqla səhifənizin performansını müəyyənləşdirib, rəqiblərinizlə müqayisə edə bilərsiniz.

Simply Meausured

Simply measured sosial şəbəkələri çox geniş şəkildə incələməyə imkan verən güclü alətlər təqdim edir. Bu da həmçinin ödənişlidir, lakin 14 gün ərzində ödənişsiz versiya vasitəsilə  öz səhifəniz də daxil olmaqla 10 səhifəni müqayisə edə bilərsiniz.

l 17

Səhifələrin liderlik cədvəli(Competitive Leaderboard). A-dan Z-ə səhifələrin əsas statistikasını təqdim edir.

Görünüş (Overview). Səhifənin performans görünüşü, izləyicilərin müqayisəsi, qarşılıqlı-əlaqə və səhifə haqqında danışanlar kimi detallar daxildir.

İdarəçinin postlarda münasibəti (Engagement on Admin Posts). Postun izləyicilər tərəfindən nə qədər münasibət(bəyənmək, rəy və paylaşmalar) gördüyünün müqayisəsidir.

Toplumun aktivliyi(Community Health Details). Səhifə idarəçiləri izləyici rəylərinə nə qədər  münasibət göstərir. İdarəçinin münasibəti izləyicini daha çox rəy yazmağa ürəkləndirir.

Məzmunun detalları (Content Details). Hər səhifənin ən yüksək reytinqli postu və onun detallarının müqayisəsi.

Siz həmçinin hesabat üçün istənilən Excel və Power Point faylını yükləyə bilərsiniz.

*Yazı praktik bilgi və araşdırmanın məhsuludur.

Bu metodlar sizə rəqiblərinizi izləməyə,  onlarla  müqayisədə səhifənizi inkişaf etdirmək üçün ideyalar verə bilər. Növbəti postlarda bu analizləri praktik olaraq, facebook reklamlarında istifadə etməyə çalışacağıq. Aktivliyiniz bu blog-yazının  tezləşməsinə səbəb olacaq 🙂 Başqa təklifləri olan şərhlərdə qeyd edə bilər.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma